29 Sentyabr 2015 18:59
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və tikintisi, Lənkəran Dövlət Universitetində İslamşünaslıq fakültəsinin açılması, dini icmalara maliyyə yardımı edilməsi və digər məsələlərlə bağlı olub.

Komitə sədri M.Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll olunması barədə müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər