2 Oktyabr 2015 11:29
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin deputatı Qalib Salahzadənin ad günüdür. YAP-ın üzvü olan millət vəkili saytımıza açıqlamasında ad günü ilə bağlı təəssüratlarını bölüşüb.

Qalib Salahzadənin 62 yaşı tamam olur

"Bu gün 62 yaşım tamam olur. Geriyə baxdığımda qürur hissi keçirirəm. Şükürlər olsun ki, dövlətimin, millətimin, ölkə rəhbərliyinin, ailəmin qarşısında başımı aşağı, üzümü qara edə biləcək əməlim, fəaliyyətim olmayıb. Zəhmətimlə, ağlımla, Allaha olan dərin inamımla yaşamışam, bu zirvəyə çatmışam. Hər il olduğu kimi, bu dəfə də ad günümü sadə, dostlarımın, ailəmin əhatəsində qeyd edəcəm", deyə Q.Salahzadə bildirib.

1953-cü ildə Bakı şəhərində anadan olan Q.Salahzadə ziyalı ailəsində böyüyüb. O, müxtəlif idarə və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Bilgəh Bələdiyyəsinin hüquqşünası olan Q.Salahzadə 2010-cu ildə 27 saylı Sabunçu II Seçki Dairəsi üzrə Milli Məclisinin deputatı seçilib. Q.Salahzadənin bir oğlu, bir qızı, yeddi nəvəsi və bir nəticəsi var.


Müəllif:

Oxşar xəbərlər