4 Oktyabr 2015 11:55
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 56 komandanın qatıldığı Cüdo Komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılarımızdan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.


Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan Cüdo komandası Səudiyyə Arabistanı, Qətər və Əl-Cəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.

120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan Boks, Cüdo, Taekvondo və Güləş idman növlərində iştirak edir. Hərbi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcək.

Hərbiçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.


Müəllif:

Oxşar xəbərlər