12 Oktyabr 2015 00:55
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon mərkəzində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan ikimərtəbəli məişət avadanlıqlarının təmiri sexində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sexin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: