Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ölkənin bir qrup fəal qadınları ilə görüş keçirib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, ilk olaraq tədbirdə qardaş Türkiyədə terror hadisəsi zamanı həlak olan insanların xatirəsi anılıb.
Daha sonra “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli terroru lənətləyərək, illərlə Azərbaycanın da terrora məruz qaldığını vurğulayıb. O, ölkənin inanclı və fəal qadınlarını Azərbaycanın milli maraqlarının, dövlət bütövlüyünün mühafizəsi yolunda daha da fəal olmağa, yad düşüncə və təsirlərdən, radikal cərəyanlardan övladlarını qorumağa səsləyib.
Təşkilat rəhbəri Azərbaycan gəncliyinin mənəvi paklaşmasında Azərbaycan qadının şərəfli tarixi rolundan geniş söz açıb. O, Qarabağ torpaqlarının işğaldan azadlığı naminə gənclərimizin mənəvi dəyərlərə sahib olmasının önəmindən danışıb.
BƏXTİYAR