12 Oktyabr 2015 14:05
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silk Way West aviaşirkətinə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvlük sertifikatı təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, sertifikatın təqdimatı IATA nümayəndəsi, Türkiyə, Azərbaycan və Türkmənistan üzrə regional meneceri xanım Funda Çalışır və Silk Way West aviaşirkətinin rəhbəri cənab Kamran Qasımovun iştirakı ilə Bakıda keçirilən Caspian Air Cargo Summit VI Beynəlxalq konfransda baş tutub.

Tədbir iştirakçılarına IATA haqqında məlumat verən cənab Kamran Qasımov bu sertifikatın Silk Way West aviaşirkəti üçün böyük nailiyyət olduğunu, yeni bazar imkanları açdığını və beynəlxalq hava yük daşımaları aləmində tanınmağa şərait yaratdığını vurğulayıb.

Silk Way West aviaşirkəti ilk IATA Əməliyyat Təhlükəsizlik Auditindən (IOSA) keçib və buna 2017-ci ilin yanvar ayına kimi riayət edəcək.

Hazırda IATA-nın üzvləri sırasına 119 ölkədən 255 aviasiya şirkəti daxildir. IATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu vardır və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər