Abid Şərifov göz yaşlarını saxlaya bilmədi - VIDEO
12 Oktyabr 2015 20:27
2 246
Baş nazirin müavini Abid Şərifov Türkiyənin Azərbaycandakı səfirliyində Ankarada baş
vermiş terror zamanı həlak olanların xatirəsinə həsr olunmuş gecədə iştirak edib.
Teleqraf.com “Sabah”a istinadən xəbər verir ki, xatirə dəftərini imzalayan nazir müavini göz yaşlarını saxlaya bilməyib. O, “Türk xalqının başı sağ olsun. Şəhid ailələrinə səbr diləyirəm. Türk xalqına səbr diləyirəm. Bu sonuncu kədərimiz olsun” deyərək ağlayıb.
Qeyd edək ki, xatirə gecəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər vəzifəli şəxslər iştirak ediblər.