17 Oktyabr 2015 12:30
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Teleqraf.com-un xəbərinə görə, deputatlığa namizəd dünən rayonun Qum kənd ərazi dairəsində Qum, Süskənd və Çinarlı, Ləkit ərazi dairəsində Ləkit, Ləkit Malax və Ləkit Kötüklü kəndlərinin, daha sonra isə Fıstıqlı kəndinin seçiciləri ilə görüş keçirib.

Millət vəkili kimi fəaliyyətdə olduğu müddət ərzində daim seçicilərlə sıx ümsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb. Ləkitdə keçirilən görüşdə son 5 il ərzində görülən işlər ayrı-ayrı slaydlarla əyani şəkildə nümayiş etdirilib.

Azər Kərimli, eyni zamanda son 5 il ərzində Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb.

Deputatlığa namizəd qeyd edib ki, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu, Azərbaycan-İtaliya Assosiasiyası və “Via della Seta” jurnalı ölkəmizin sabit və davamlı inkişafı, tariximiz, mədəniyyətimiz və ənənələrimizin təbliği sahəsində yürüdülən dövlət siyasətinin dəstəklənməsi istiqamətində bir sıra uğurlu layihələrə imza atıb və bu proses bundan sonra da daha intensiv şəkildə davam etdiriləcək.


Müəllif:

Oxşar xəbərlər