27 Oktyabr 2015 01:09
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində 1 nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirlyindən (FHN) verilən məlumata görə, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:

Oxşar xəbərlər