Lənkəranda dünəndən başlayan güclü yağış ciddi fəsadlar yaradıb.
Teleqraf.com ATV-ə istinadən xəbər verir ki, bu barədə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin məlumat verib.
Onun sözlərinə görə, artıq şəhərdə dünəndən gücləndirilmiş iş rejiminə keçilib. Əhalinin köçürülməsinə bu gündən başlanıb və artıq ailələrin 50 fazi köçürülüb. Ən çox İstisu qəsəbəsinin evləri su altında qalıb. Ümumilikdə isə 500-dən artıq ev su altında qalıb.
Fəsadlar artmaqda davam edir.