"Noyabrın 20-dən dekabrın 20-dək yüksək rabitə xidmətləri aylığı keçirilir. Burada məqsəd daha keyfiyyətli xidmətlər təşkil etməkdir".
Teleqraf.com xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib.
"Ay ərzində mənzilə, eyni zamanda iki ədəd yeni telefon çəkilişinin birinin ödənişsiz sənədləşdirilməsi, təşkilatlar üçün üç ədəd telefon çəkilişinin bir ədədinin ödənişsiz sənədləşdirilməsi, CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi, İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi güzəştli kampaniyaların təşkili, əhali və təşkilatların bu xidmətlərdən hərtərəfli faydalanması üçün əlavə tədbirlərin görülməsinə diqqət artırılacaq”.
Nazir müavini bildirib ki, 1-2 Meqabayt sürəti olan istifadəçilər müraciət edib, əlavə 1 meqabayt sürət əldə edə bilərlər. Aylıq bitəndən sonra müqaviləni yeniləyib sürəti artıra bilərlər".
İlhamə