Qəza baş verən zaman ərazidə üç DYP avtomobili olub.
Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Mətbuat prospekti ilə hərəkət edən “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, 6 piyadanı vurur, daha sonra DYP avtomobilinə çırpılaraq aşır.
Qəza baş verən zaman ərazidə üç DYP avtomobili olub. Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, hadisə oktyabrın 13-də Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında baş verib. Xəsarət alanların əksəriyyəti tələbədir./Oxu.Az/