Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Qarabağ dərsləri- yay məktəbi” layihəsini həyata keçirib.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, məcburi köçkün məktəblilərin asudə vaxtını səmərəli təşkil etməklə bərabər Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımız, bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandalizm hərəkətləri, məhv edilmiş tarix və mədəniyyət abidələrimiz və s. mövzularda maarifləndirici seminarların keçirilməsi layihənin əsas məqsədi olub.
Seminarlarda ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrlə bərabər Ermənistanın Azərbaycana silahlı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması, ölkəmizdə nizami ordunun yaradılması və s. istiqamətində gördüyü məqsədyönlü fəaliyyəti haqqında seminar iştirakçılarına müfəssəl məlumatlar verilib. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, Azərbaycan Ordusuna ayrılan vəsaitin Ermənistanın dövlət büscəsini bir-neçə dəfə üstələməsi, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, ölkəmizdə həyata keçirilə mənqsədyönlü gənclər siyasəti və s. mövzularda ekspertlər tərəfindən geniş məruzələr edilib. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində həyata keçirilən beynəlxalq layihələr, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında layihə iştirakçıları müfəssəl məlumatlandırılıb.
Eyni zamanda layihədə iştirak edən məktəblilər Goranboy rayonunun Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbəyə ekskursiya çərçivəsində Xocalı abidəsini ziyarət ediblər. Həmyaşıdlarının, eyni məcburi köçkünlük həyatı yaşayan uşaqların təhsil aldıqları orta məktəblə tanış olublar.
10 gün davam edən düşərgədə layihə iştirakçıları arasında müxtəlif intellektual oyunlar, idman yarışları, diskussiyalar və s. təşkil edilib.
BƏXTİYAR