9 Dekabr 2015 14:44
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev dekabrın 16-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər