Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyənin Baş naziri “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını arzu edib.