Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının hücumları nəticəsində Türkiyədə 2 əsgər ölüb, 9-u yaralanıb.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Bitlisdə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Diyarbəkir vilayətinin Sur rayonunda hücum zamanı yaralanan əsgər isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.