1 Fevral 2016 10:50
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı çərçivəsində 29-31 yanvar 2016-cı il tarixində Nabranda jurnalistlər üçün növbəti seminar-treninq keçirib.

“Hüquqi şəxslərdə iştirak: qanunvericilik və təcrübə” mövzusunda keçirilən təlimdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib. Seminarı ekspert, Vəkillər Kollegiyasının üzvü, IJS Hüquq Firmasının İdarəedici Partnyoru Əkrəm Həsənov aparıb.

Seminar-treninqdə jurnalistlər hüquqi şəxs və onun növləri, qeyri-kommersiya hüquqi şəxsləri, kommersiya hüquqi şəxsləri, korporativ idarəetmə və s. haqqında ətraflı məlumatlandırılıblar.

Təlimdə geniş müzakirələr aparılıb, jurnalistlərin sualları ekspert tərəfindən cavablandırılıb.


Müəllif:

Oxşar xəbərlər