3 Fevral 2016 18:29
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, universitetdə çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır.

Növbəti artım ADU-nun Elmi Şurasının 3 fevral 2016 – cı il tarixli qərarına əsasən həyata keçirilib. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir: “Prezident İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamı ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən böyük diqqət və qayğının daha bir sübutudur. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər