Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Teleqraf.com-a verilən məlumata görə, cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.
Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək.
2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.
Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq.