13 Fevral 2016 02:38
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə avtomobil yoldan çıxaraq kanala aşıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 23.00 radələrində rayonun Qaralar kəndində “Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən 28 yaşlı Nağıyev Əflatun Vasif oğlu idarəetməni itirərək maşını yoldan çıxararaq su kanalına aşırıb.

Sürücü son anda sudan çıxaraq xilas ola bilib. Hadisə yerinə təcili yardım gəlib və sürücü xəstəxanaya çatdırılıb. O ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı İmişli polis idarəsində araşdırma aparılır.


Müəllif: