25 Fevral 2016 15:30
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə onlar üçün Quran oxunacaq, dualar ediləcək.

A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər