2 saylı cəzaçəkmə müəssisəsində 16 məhkum əfv bülleteni alıb, azadlığa buraxılıb".
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, Pentensiar Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Rafiq Ramazanov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 137 məhkum əfv olunub: "Ölkə başçısı humanistlik nümayiş etdirib. Məhkumların cəzalarının qalan hissəsini bağışlayıb. Əfv olunan şəxslər özlərini doğrultmalı və düzgün addım atmalıdır".
16 məhkum arasında iki əcnəbi də var. Onlar Pakistan və İsrail vətəndaşlarıdır.
Hacı Zeynalov