Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.
Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Ağcabədi - 050-515-29-00
Beyləqan - 055-743-12-12
Biləsuvar - 050-504-44-22
İmişli - 050-635-66-49
İlhamə