Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları yaradır.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, məqsəd adıçəkilən rayonların ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiq etmələrini təmin etməkdir.
Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.
Rayonun adı | Tarix | Saat | Ünvan |
Füzuli | 11-15 aprel | 10:00-17:00 | Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr. |
Tərtər | 11-15 aprel | 10:00-17:00 | Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2 |
Goranboy | 11-15 aprel | 10:00-17:00 | Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2 |
Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.