Aprelin 12-də Nizami Kino Mərkəzində Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub.
Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır.
Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.
Nərmin