14 Aprel 2016 20:53
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Teleqraf.com parlamentin mətbuat xidmətinə istinadən bildirir ki, toplantıda doqquz məsələ gündəliyə çıxarılacaq.

Millət vəkillərinin müzakirəsinə təqdim edilən layihələr aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu.(İkinci səsvermə.)

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında

3. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında

4. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanununun layihəsi barədə

5. “Sosial sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi

6. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi
haqqında

7. “Psixiatriya yardımı haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə

9. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Nemət


Müəllif: