15 Aprel 2016 11:26
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzən sağlam uşaqların qüsurlu kimi qəlmə verən valideynlərə də rast gəlinir".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Әhliyyət Adıgözəlov deyib.

Əhliyyət Adıgözəlov bildirib ki, hazırda 9144 sağlamlıq imkanı məhdud uşaq evdə təhsil alır. Onlardan 60 faizi fiziki-əqli qüsurlu, 40 faizi isə fiziki qüsurlu uşaqlardır. Nazirlik rəsmisinin sözlərinə görə, ildən-ilə evdə təhsilə cəlb edilən fiziki qüsurlu uşaqların sayında azalma var. Ötən il bu rəqəm 10 mindən çox idi. Bəzən sağlam uşaqların qüsurlu kimi qəlmə verən valideynlərə də rast gəlinir:

"Ciddi problemlərdən biri də qüsurlu uşaqların gizlədilməsidir. Bu, əsasən qız uşaqlarına aiddir ki, onların gələcəkdə ailə qurmasına görə qüsurları gizlədilir və təhsilə cəld olunmurlar".

Xüsusi təhsil müəssisələrinin olduğunu da qeyd edən Әhliyyət Adıgözəlov evdə təhsil məktbləri adlanır. Hazırda 2 belə məktəb var-Bakıda və Sumqayıtda. Bu məktəbin bütün işçiləri yalnız evdə təhsil verir".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər