Bu gün axşam saatlarından başlayan güclü külək Bərdə rayonunun elektrik təsərrüfatına ziyan vurub.
"Report"un məlumatına görə, küləyin gücündən bəzi yüksək gərginlikli elektrik xətlərində qırılma və açılma baş verib.
Bu səbəbdən də Bərdənin bir hissəsi və rayonun bir kəndi elektriksiz qalıb. Hazırda "Azərişıq" ASC-nin rayon şöbəsinin əməkdaşları ziyan dəymiş ərazilərdə təmir və bərpa işləri aparır.