21 Aprel 2016 14:02
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir və bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə bu gün təşkil olunan “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi” adlı dəıyirmi masada millət vəkili Çingiz Qənizadə səsləndirib.

Üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bununla bağlı cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirən deputat deyib ki, bu rəqəm eyni zamanda, büdcədən xərclərin artmasına da səbəb olur: “Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır və bu da il ərzində 80 milyon manatdan çox edir.

Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var ki, bunun da nəticəsində bu məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrum etmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.

Nemət


Müəllif:

Oxşar xəbərlər