22 Aprel 2016 12:22
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın Əfətli kəndində partlamamış hərbi sursat aşkar edilib.

Teleqraf.com-un xəbərinə görə, "PME-3" markalı piyada əleyhinə minalar Qarqarçayın kənd ərazisindən keçən hissəsində tapılıb. Minalar əkin sahələrində təsərrüfat işləriylə məşğul olan kənd sakinləri tərəfindən aşkarlanıb. Tapılan sursatlar istifadəyə yaralı vəziyyətdə olub. Qurğuların Ermənistan istehsalı olduğu bildirilib. Uç ədəd partlamamış mina ANAMA-nın regional bazasının əməkdaşları tərəfindən zərərsizləşdirilərək götürülüb.

Xalid Salmanbəyli


Müəllif: