Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mayın 20-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, qəbulda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşların iştirak edə bilər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
İlhamə Əbülfət