Bir neçə gün əvvəl bir sıra saytlarda orta məktəblərdə bir neçə il əvvəl tətbiqinə başlanan 5 günlük sistem özünü doğrultmadığından şagirdlər yenidən 6 gün dərsə getməli olacaqları barədə xəbərlər yayılıb.
Səbəb olaraq isə 5 günlük dərs sisteminin tədris vəsaitini qavramaq üçün yetərli olmadığı göstərilir. Yəni bu sistemdə şagirdlərin dərs yükü daha artıq olduğundan mənimsəmə faizi də aşağı düşür.
Təhsil Nazirliyi Teleqraf.com-un bununla bağlı sorğusuna cavab verib.
Nazirlikdən bildirilib ki, məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
İlhamə Əbülfət