8 İyun 2016 11:30
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-i ildə toksikologiya şöbəsinə 2462 xəstə hospitalizasiya olunub".

Teleqraf.com-un məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov media-brifinqdə deyib.

Azər Maqsudovun sözlərinə görə, 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çoxdur: "Hospitalizasiya olunan xəstələrdən qəsdlə olmayan məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr 1030 nəfər olub. Gələn xəstələrin əsas qrupuna dərman zəhərlənməsi diqanozu qoyulub. Onların sayı 823 (33,4%) olub".

Baş toksikoloq qeyd edib ki, II yerdə dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr diaqnozu ilə daxil olan xəstələrdir: "Onların sayı isə 502-dir (20,4%). Yandırıcı məhlullardan zəhərlənmə diaqnozu ilə gələn xəstələrin sayı 350 nəfərdir (14,2%)".

Azər Maqsudov bildirib ki, daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aiddir (740 nəfər və ya 30,1%). 15 yaşına qədər uşaqların sayı isə 419 nəfərdir (17%).

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər