10 İyun 2016 12:12
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirli bilinən Vəli Əhmədov, Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid ifadə verib. Daha sonra məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib.

Prokuror çıxış etmək üçün vaxt istəyib.

Məhkəmənin davamı iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər