Bakının Xəzər rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 21-də saat 17 radələrində qeydə alınıb.
Rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Samir Əhədov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 2009-cu il təvəllüdlü Fərda Heydərlini vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov