Lənkəran şəhərində ofisə basqın olub.
Teleqraf.com xəbər verir ki, şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə 3 maskalı şəxs basqın edib.
Basqın edən şəxslər orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb. Həmin şəxslər Azər Babayevi və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb ediblər.
Onlar istədiklərinə nail olmadıqlarından Azər Babayevin baş nahiyəsinə xəsarət yetiriblər və Rəfail Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüblər.
Bu zaman Azər Babayev əllərini açaraq səs-küy saldığından seyfi orada qoyaraq hadisə yerini “Nissan” markalı avtomobildə tərk ediblər.
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Hadisə zamanı istifadə edilmiş “Nissan” markalı avtomobil götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov