30 İyun 2016 10:14
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Heydər Əliyev küçəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Cəbrayıl Kərimov evində bıçaqlanaraq öldürülüb. Hadisə gecə saatlarında baş verdiyi bildirilir. Qətl hadisəsini törədən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Sərxan Süleymanov həbs edilib. O, ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.

Sərxan Kərimov ifadəsində bildirib ki, qətl hadisəsini səhvən törədib. Məlumata görə, Sərxan Süleymanov Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 ünvanında yaşayan Cəbrayıl Kərimovu deyil, Hüseynbala Əliyev 24 ünvanında yaşayan Orxan Quliyevi qətlə yetirmək məqsədilə Göyçay rayonuna gəlib.

Lakin Sərxan Süleymanov Heydər Əliyev küçəsini Hüseynbala Əliyev küçəsi zənn edib və həmin ünvana daxil olub. Evdə yatan Cəbrayıl Kərimovu qətlə yetirib.

Məlumata görə, iki ay əvvəl Orxan Quliyev Sərxan Süleymanovun bacısını qaçırıb. Bacısının qaçırılması ilə barışmayan Sərxan Süleymanov Orxan Quliyevi öldürməyə qərarı verib və ünvanı səhv saldığından Ceyhun Kərimovun mənzilinə daxil olaraq onu qətlə yetirib.

Öldürülən Cəbrayıl Kərimov rayon ərazisində restoranlardan birinin sahibi olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər