4 İyul 2016 13:59
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan azyaşlı Nadir Xəlilov yaşadığı binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Nadir Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: