6 İyul 2016 14:50
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini Cəlal Rüstəmov həbs edilib.

Cəlal Rüstəmovdan 4 kiloqram 045 qram marixuana götürülüb.

Bundan başqa, polis əməkdaşları tərəfindən Tərtər rayonun Yuxarı Qapanlı kəndi ərazisində də əməliyyat keçirilib. Həmin ərazidə yabanı halda bitmiş, çəkisi 456 kiloqram olan 1082 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif: