8 İyul 2016 10:30
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 14 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi hakim icraatına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işini hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiya araşdıracaq.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunacaq.

Taleh Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

Fuad Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər