9 İyul 2016 21:12
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon sakini Qəbələ rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Göyçayın Ləkçiplaq kənd sakini 1995-ci il təvəllüdlü Babayev Sənan Ələsgər oğlu dostları ilə Qəbələ rayonuna istirahətə gedərək Nohur gölündə çimib. O, üzməyi bacarmadığı üçün suda ehtiyatsızlıq edib və boğularaq ölüb. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər və onun meyitini tapa bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib. Dalğıc-xilasedicilər Sənan Babayevin meyitini axşam saat 20:30 radələrində gölün 18 metr dərinliyindən taparaq aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər