20 İyul 2016 18:00
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanı əməkdaşlarının bölgələrdə narkotiklərlə bağlı əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təzəkənd kəndində yaşayan Vasif İsgəndərovun həyətində kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu, evindən isə 122,23 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbiri Kürdəmir rayonunda keçirilib. Polis əməkdaşları tərəfindən iyulun 18-də narkotik vasitə ilə tutulmuş şəhər sakini Emin Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə narkotik vasitəni həmyerliləri Famil Dünyamalıyev və Fəxrəddin İsmayılovdan alması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə onlar tutulublar.

Famil İsmayılovun evinə baxış zamanı 18 qram marixuana və “TOZ-8” markalı tüfəng götürülüb.

Oxşar əməliyyat Lənkəranda da keçirilib. Darquba kəndində yaşayan Natiq Bəşirovun həyətində kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Balakən rayonunda keçirilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asadullah Qurbanovun həyətində kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 2 kiloqram 814,19 qram marixuana, Rəsul Yetimovun Qullar kəndindəki həyətində kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 45,21 qram marixuana aşkar edilib.

Hacı Zeynalov


Müəllif: