Bakının Binəqədi rayonunda evləri talan edən iki nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Günay Ağayevaya məxsus evdən 1500 manat pul və məişət əşyası oğurlamaqda şübhəli bilinən Ruslan Əliyev tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 14-də Lənkəran rayon sakini Elnur Zeynalovla birgə Gulçəmən Nəsirovaya məxsus evdən 3000 manat pul oğurlamaları da müəyyən edilib.
Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Zeynalov yaşadığı Lənkəran rayon ərazisində tutulub.
Hacı Zeynalov