5 Sentyabr 2016 17:10
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nəzrin İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə qadın aparıb, insan alveri etməkdə təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Nəzrin İbrahimli barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nəzrin İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və barəsində həbs qəti imkan tədbiri seçilib.

Nəzrin İbrahimli məhkəmə zalında həbs olunub.

Hacı Zeynalov


Müəllif: