16 Sentyabr 2016 09:31
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Mürsəlovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki “Yeni yaşayış massivində” baş verib.

1983-cü il təvəllüdlü Tahir Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Tahir Mürsəlov Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanıb.

Tahir Mürsəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məghkəməsinin hökmü ilə Tahir Mürsəlov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tahir Mürsəlov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyir.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Tahir Mürsəlovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib və daha sonra isə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 20-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər