16 Oktyabr 2016 12:57
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində oğru eyni vaxtda üç mənzildən oğurluq etməyə cəhd göstərib.

Teleqraf.com-un lada.kz saytına istinadən xəbərinə görə, o, sahibləri evdə olmayan iki mənzili qarət edib. Oğru pəncərəsində dəmir çərçivə olduğu üçün üçüncü evə girə bilməyib.

Bu zaman sakinlərdən kimsə onu görüb. O, 5-ci mərtəbədən 7 xalça və yataq örtüyünü bir-birinə bağlayaraq, enib. Hazırda polis cinayətkarı axtarır. Sakinlərə dəyən ziyanın məbləği müəyyən edilməyib.

Teleqraf.com hadisə yerindən fotoları təqdim edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər