Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Şirzad Abbasovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Şirzad Abbasov 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, Şirzad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda “Tropikamid” dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb.
Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını “Samur” gömrük postundan gizli şəkildə keçirib.
Şirzad Abbasov Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham edilib.
Hacı Zeynalov