20 Oktyabr 2016 16:55
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində azyaşlıya qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhərində naməlum şəxslər soyğunçuluq yolu ilə şəhər sakini, azyaşlı G.T.-nin qızıl sırğasını alıb.

Hüquq-mühafizə orqanları zərərçəkmiş qızın azyaşlı olmasını nəzərə alaraq, onun adını və soyadını açıqlamayıb. Naməlum şəxslər azyaşlı qıza “əmi sənə daha yaxşı sırğa alacaq” deyərək aldadıblar, daha sonra onun sırğasını açaraq aparıblar.

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədildiyi müəyyən edilib.

Seymur Quluzadə tutulub. Ondan 4,45 qram tiryək götürülüb. İlkin Orucovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: