21 Oktyabr 2016 17:11
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Rövşən Ağamalızadə barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Şərti cəza alan Rövşən Ağamalızadə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşən Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində qonşusunu döyən Rövşən Ağamalızadə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər