26 Oktyabr 2016 09:12
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 56 yaşlı Südabə Həsənova zəhərli maddə içərək ölüb. Qadının hansı səbəbdən intihar etməsi hələki məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: